18/03/2022
AMEA-nın müxbir üzvü AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsinin müdiri Qeylani Pənahov “Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda Bakı Dövlət Universitetinin «Mexanika-Riyaziyyat» fakültəsində elmi seminarında məruzə ilə çıxış etmişdir. Çıxışda karbohidrogenlərin axın və süzülmələrində yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, bu istiqamətlərdə effektivliyi artırmaq üçün yaradılan yeni […]
18/03/2022
2022-ci il martın 18-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun məzarını ziyarət etdilər. Maqsudov Fəraməz Qəzənfər oğlu 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini […]
16/03/2022
16 mart 2022-ci il saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Daşqın Ələkbər oğlu Seyidovun“Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya […]
15/03/2022
14 mart 2022-ci il tarixində AMEA-nın Rəyasət Heyətində görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyeva, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Respublikasının […]
14/03/2022
21-23 yanvar 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində Online “İnternational Symposium on Applied Mathematics and Engineering” (İSAME 22) Biruni Universiteti və Bişka Bieni şirkəti tərəfindən Beynəlxalq simpozium keçirilmişdir. Simpoziumda dünyanın 17 (Türkiyə, ABŞ, Portuqaliya, Azərbaycan, Hindistan, Böyük Britaniya, Çin, İran, İspaniya, Yunanıstan, Cənubi Afrika və Şimali İrlandiya Birləşmiş Krallığı) ölkənin alimlərinin plenar məruzələri dinlənilmişdir. 17 […]
14/03/2022
Dünya – riyaziyyat dilində yazılmış əzəmətli bir kitabdır… Qalileo Qaliley “Riyaziyyat – elmin müdrikliyinin rəmzidir, elmi ciddiyətin və sadəliyin nümunəsidir, elmdə mükəmməlliyin və gözəlliyin etalonudur”. 14 mart – Beynəlxalq Riyaziyyat Günü – dünya riyaziyyatçılarının bayramı ilə əlaqədar oxucuların diqqətinə çatdırmaq istədiyimiz düşüncələrimizi tanınmış riyaziyyatçı-alim A.V.Voloşinovun riyaziyyat haqqında söylədiyi bu dəyərli sözləri ilə başlamaq istərdik. İki […]