Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Göz almacığına bənzər planet aşkarlanıb

Tədqiqatlar zamanı astronomlar TRAPPIST-1 sistemində göz almacığına bənzər yeni ekzoplanet aşkar ediblər. rusargument.ru saytının məlumatına görə, planetin bir hissəsi buzlaqla örtülüdür, digər hissəsi isə ulduz radiasiyasına məruz qaldığı üçün qurudur. Ekzoplanetin iki müxtəlif səthinin sərhədində həyatın mövcud ola biləcəyi ehtimal olunur.

Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edib. Müsabiqənin məqsədi təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanının yaradılmasıdır. Müsabiqədə iştirak etmək üçün […]

Riyaziyyat və Mexanika İnstitutunun hesabat ilində apardığı tədqiqatlar və əldə etdiyi mühüm elmi nəticələr

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2018-ci ildə Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş elmi və prioritet istiqamətlər proqramına uyğun olaraq, 7 problem çərçivəsində 18 mövzu və 105 iş üzrə (76-sı riyaziyyat, 29-u isə mexanika olmaqla) tədqiqatlar aparılmışdır. İnstitutda elmi-tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə 7 elmi istiqaməti (6-sı riyaziyyat, 1-i mexanika olmaqla) əhatə edir. […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 28 dekabr 2018-ci il tarixində növbəti sayı işıq üzü görüb.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclası keçirilib. Əvvəlcə bölmənin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verib. O, iclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan institutların cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirib. Fizika İnstitutunun illik hesabatını təqdim edən […]

E L A N

08 yanvar 2019-ci il saat 11:00-da Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının işə davamiyyəti ilə bağlı akt zalında Elmi şuranın genişləndirilmiş iclası keçiriləcək. İclasda: 1. Elmi şura üzvlərinin; 2. Şöbə müdirlərinin; 3. Həmkarlar komitəsinin üzvlərinin; 4. Baş mühasib, baş iqtisadçı, kitabxana müdirinin iştirakı vacibdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər