AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” şöbəsinin seminarı keçirilib. Seminarda f-r.e.d., prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda məruzə edib. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınmışdır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilmişdir. Silindrin ox istiqamətində […]
02/04/2018
Fərhad Ağazadə 1882-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini Şuşa şəhərində almışdır. 1896-cı ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş və oranı 1900-cü ildə bitirmişdir. Şuşa və Gorusda ikisinifli məktəbdə müəllim işləmişdir. 1905-ci ildə Bakıya köçmüş, buradakı rus-Azərbaycan məktəbinin III şöbəsinə müəllim təyin edilmişdir. 1907-ci ildə əvvəlcə IV, sonra I rus-Azərbaycan məktəbində müəllim işləmişdir. Fərhad […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqral və onun kommutatorunun Orliç fəzasında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqralı və onun kommutatorunun Orliç fəzasında məhdudluğu […]
04.04.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Bayramov Azad Məmməd oğlu “Operator əmsallı ikinci tərtib diferensial tənlik və anti-periodik sərhəd şərtlərlə təyin olunan operatorun birinci və ikinci iz düsturları” mövzusunda çıxış edəcəkdir. Məruzədə baxılan operatorun spektrinin diskretliyi göstərilir, uyğun requlyarizə edilmiş birinci və ikinci izləri hesablanır. Arzu edənlər […]
30/03/2018
N.Tusinin elmi irsinə qısa baxış. Son illər İnstitutumuzda Tusinin çoxsahəli elmi irsinin bir neçə istiqamətdə araşdırılması aparılır. Bu sahələrdə Tusinin elmi fəaliyyəti və əsərləri barəsində qısaca söz açmaq istərdik Həndəsi irs. İslam xilafətinin ilk dövrlərindən başlayaraq Evklidin “Əsaslar” kitabı alimlərin daim diqqət mərkəzində olmuşdur. N.Tusiyə kimi “Əsaslar”ın tərcüməsi və şərhləri arasında aşağıdakılar məşhur olmuşdur: – […]
30.03.2018-сi il tarixində saat 12.00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda çıxış edəcəkdir. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilib. Silindrin ox […]