Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

07.02.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması” mövzusunda məruzə edəcək. Məruzədə səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması veriləcək. Daha ətrafl>> © […]

“İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda dosent Rza Çingiz oğlu Mustafayev “İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzəsinin davamı olub. Məruzədə iterativ Hardi tipli bərabərsizliklər haqqında danışılıb. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Hardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stiltes çevirməsinin çəkili […]

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə haqqında ELAN

AMEA Rəyasət Heyətinin 2018-ci il 31 yanvar tarixli 4/1 nömrəli qərarına əsasən, 2018-ci il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilir. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə […]

Peano aksiomları

Peano aksiomları  1891-ci ildə italiyan riyaziyyatçısı və məntiqçisi Güzeppe Peano tərəfindən natural ədədlər üçün irəli sürülmüş aksiomlar sistemidir. Bu aksiomlar natural ədədləri təyin etmək üçün istifadə olunur. Natural ədəd boş olmayan, “ardıncadır” münasibəti olan və aşağıdakı askiomları ödəyən hər hansı bir N çoxluğunun elementlərinə deyilir (a -nın ardınca gələn elementi a∗ ilə işarə edəcəyik). 1. […]

Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatları üzrə müsabiqə haqqında ELAN

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2018-ci il 31 yanvar tarixli 4/2 nömrəli qərarına əsasən, 2018-ci il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə elan olunur. Müsabiqənin keçirilməsinin məqsədi elmin inkişafına böyük töhfələr verən […]

“İndefinit çəkili yarı-xətti xüsusi törəməli elliptik tənliklərin müsbət həllərinin qlobal bifurkasiyası” mövzusunda seminarı keçirilib

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit çəkili yarı-xətti xüsusi törəməli elliptik tənliklərin müsbət həllərinin qlobal bifurkasiyası” mövzusunda çıxış edib. Məruzədə indefinit çəki funksiyalı və Dirixle sərhəd şərtli ikinci tərtib yarı-xətti müntəzəm elliptik tənliklər üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin xətti məsələnin baş […]

Faydalı linklər