Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu haqqında danışılıb. Həmçinin ümumiləşmiş çəkili […]
16/02/2018
Kağız salfetin mikroməsaməli sellüloz lifləri və karbon nanoborularından ibarət strukturu ona elektrik keçiricilik qabiliyyəti verir və onu mexaniki təsirlərə qarşı olduqca həssas edir. Bu da salfetin enerjinin saxlanması və elastik elektronika sahəsində böyük potensiala malik olduğunu göstərir. ABŞ-ın Vaşinqton Universitetinin mühəndisləri salfetin unikal xüsusiyyətlərindən istifadə edərək, onu müxtəlif xəstəliklərin diaqnostikası üçün nəbz, göz almasının fırlanma […]
16/02/2018
AMEA Rəyasət Heyətinin 20 dekabr 2017-ci il tarixli qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan edilib. Müsabiqəyə təqdim edilən və texniki ekspertizadan keçən elmi tədqiqat proqramlarının siyahısına baxmaq üçün linkə keçid edin: http://science.gov.az/news/open/7412 Azərbaycan Respublikasının alim və mütəxəssisləri proqramlarla bağlı əsaslandırılmış rəy və təkliflərini [email protected] ünvanına göndərə […]
15/02/2018
Fevralın 14-də “Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub. imm.az “azertag.az” saytına istinadla xəbər verir ki, müsabiqənin keçirilməsinin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən “Intel ISEF” – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Tədbirdə təhsil nazirinin vəzifələrini icra […]
15/02/2018
Mirzə Fətəli Axundov kim idi? -Mirzə Fətəli Axundzadə (Axundov) 1812-ci ildə Şəkidə anadan olmuşdur. 1814-cü ildə ailəsi Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşdür. 1825-ci ildə anası ilə Nuxaya (Şəkiyə) qayıtmışdır. 1832-ci ildə Gəncəyə gedib Fətəli burada məntiq və fiqh elmlərini, habelə məşhur şair Mirzə Şəfi Vazehdən nəstəliq xəttini öyrənmişdir. 1833-cü ildə Nuxada açılmış rus məktəbində oxumuşdur. […]
14/02/2018
Fevralın 14-də AMEA-nın Əsas binasında Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov respublikamızda elm sahəsində aparılan islahatlardan danışıb, Prezident İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Natiq vurğulayıb ki, ölkə başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin […]