Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi 55-ə çatıb

“Vikipediya” platformasının Azərbaycan dili bölməsində əhəmiyyətli və səmərəli dəyişikliklər baş verməkdədir. Azərbaycan dili bölməsi bu gün öz zənginliyi ilə seçilir və artıq məqalələrin sayı 210 mini keçib. Redaktələrin sayı isə 8.4 milyona çatıb. Keçən ayın statistik məlumatlarına əsasən, “Vikipediya”nın Azərbaycan dili bölməsində aylıq yuvarlaq 8 milyon 780 min baxış, günlük yuvarlaq ortalama isə 293 min olub. […]

Azərbaycan riyaziyyatçıları- Bala İsgəndərov

İsgəndərov Bala Ağa Hüseyn oğlu, diferensial tənliklər sahəsində tanınmış mütəxəssis, 21 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə 7 nömrəli orta məktəbi bitirmiş, həmin il ADU-nun fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə köçürülmüş, 1961-ci ildə həmin fakültəni bitirmiş, həmin il BDU-nun aspiranturasına daxil olaraq, […]

Azərbaycan riyaziyyatçıları- Musa Əzimov

Əzimov Musa Alı oğlu 20 dekabr 1914-cü ildə Qazax rayonunun Dağ-Kəsəmən kəndində anadan olmuşdur. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1937-ci ildə həmin fakültəni 1-ci dərəcəli diplom ilə bitirib, riyaziyyatçı və riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. 1935-1937-ci illər ərzində ADPİ-nin “Riyaziyyat” kafedrasında böyük laborant vəzifəsində çalışmışdır. Əzimov Musa 1938-ci […]

Azərbaycan riyaziyyatçılar -Azadxan Adıgözəlov

Adıgözəlov Azadxan Səfərxan oğlu, riyaziyyatın tədrisi metodologiyası və metodikası sahəsində mütəxəssis, 20 dekabr 1940-cı ildə Şamaxı rayonu Bəklə kəndində anadan olub, 1959-cu ildə Nərimankənd orta məktəbini bitirib. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. 1980-ci ildə V.İ.Lenin adına ADPİ-də professor Q.D.Qleyzerin rəhbərliyi ilə “Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli təlimi (13.00.02)” mövzusunda namizədlik dissertasiyası, […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında növbəti nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb, bir sıra tədbirlərdə iştirak edib” başlıqlı informasiya yer alıb. Bugünkü buraxılışın ilk səhifələrində Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə AMEA-nın kollektivinin Fəxri Xiyabanda Ulu […]

AzMİU-nun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Bu əlamətdar tarixin qeyd olunması təkcə bir ali təhsil müəssisəsinin yarıməsrlik fəaliyyət yoluna nəzər salmaq deyil, eyni zamanda, Azərbaycanda memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin inkişafı və dövlətçilik ənənələrinin təhsildə təcəssümünün rəmzidir. AZƏRTAC xəbər verir ki, yubiley tədbirindən […]

Faydalı linklər