19/12/2025
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32‑ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə qərara alıram: Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər: “Şərəf” ordeni ilə Məmmədova Gülçöhrə Hüseyn qızı 3-cü dərəcəli “Əmək” ordeni ilə Ağayev Asəf Mirzə oğlu Babayev Nəbi Miri oğlu […]
18/12/2025
Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmış yeni “Riyaziyyat” dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Tədbir paytaxtın nüfuzlu mədəniyyət və maarifləndirici məkanlarından biri olan Book Centre-də təşkil olunub. Təqdimat mərasimində rəsmi şəxslər, təhsil və elm sahəsinin nümayəndələri, tanınmış alimlər və pedaqoqlar iştirak ediblər. Tədbir çərçivəsində çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat […]
18/12/2025
2025-ci il 9 dekabr tarixində Nazirlər Kabinetinin qərarı ilə “Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Yeni qayda dövlət informasiya sistemləri və ehtiyatlarının, eləcə də dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin vahid meyarlar əsasında qiymətləndirilməsini nəzərdə tutur. […]
18/12/2025
Məmməd Bayramoğlu, diferensial operatorların spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis. 1939-cu il dekabrın 18-də Gürcüstan Respublikası Marneuli rayonunun Əzizkənd kəndində anadan olmuş, 1957-ci ildə həmin rayonun Gorarx kənd 11-illik məktəbini bitirmiş, həmin il V.İ.Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1964-cü illərdə hərbi xidmətdə olmuş, […]
17/12/2025
17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Tətbiqi riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi İmaməliyev S.Ə. “Divarı deformasiya olunan boruda maye-qaz qarışığının hərəkət dinamikasının modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə divarı deformasiya olunan boruda maye-qaz qarışığının hərəkət dinamikasını […]
17/12/2025
Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimi baş tutub. Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilir. Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış […]