Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

07.05.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Texas Texniki Universitetinin Elektrik və Kompyuter mühəndisliyi şöbəsinin Tətbiqi proqnozlaşdırma  laboratoriyasının direktoru, professor  Hamed Sair-Sarraf “Texniki proqnozlaşdırma və onun riyazi əsasları” mövzusunda məruzə edəcəkdir. Bu məruzə texniki proqnozlaşdırma və onun tarixinə girişlə başlayacaq. Sonra Texas Texniki Universitetinin Tətbiqi proqnozlaşdırma laboratoriyasında işlənib  hazırlanmış bir sıra seçilmiş proyektlər açıqlanacaq. Bu seçilmiş […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının iclası keçirildi.

İclasda gündəlikdə duran məsələlər müzakirə edildi, hesabatlar dinlənildi. Şöbə müdirləri 2014-cü ilin I rübündə görülən işlər barəsində şura üzvlərinə məlumat verdilər.İclasda institutun nizam-intizam qaydalarına əməl etməyən işçilər barəsində tədbir görüldü. Daha sonra institutun doktoranturasına qəbul olan 3 şəxsin fərdi iş planları təsdiq edildi.

Aprelin 30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.

Seminarda “Hardi operatoru üçün dəyişən üstlü Lebeq fəzalarında zəruri və kafilik şərtləri haqqında” mövzusunda  “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman Məmmədov məruzə edib. Məruzə dəyişən üstlü Hardi bərabərsizliyi üçün müxtəlif zəruri və kafilik şərtlərinin araşdırılmasına həsr olunub. Həmin istiqamətdəki işlər  JMAA, ZAA, JİA kimi SCİ indeksli müxtəlif jurnallarda çap edilib. Nəticə  2014-də AAA jurnalında çapa […]

E L A N

30.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman İmran oğlu Məmmədov “Hardi operatoru üçün dəyişən üstlü Lebeq fəzalarında zəruri və kafilik şərtləri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzənin mövzusu dəyişən üstlü Hardi bərabərsizliyi üçün müxtəlif zəruri və kafilik şərtlərinin araşdırılmasına həsr olunmuşdur. Belə bərabərsizliklər, elektroreoloji mayelərin riyazi modellərində istifadə oluna bilirlər. […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Funksiyalar cəbrinin morfizmlərinin spektral xassələri” mövzusunda Ümuminstitut seminarı keçirildi.

Seminarda mövzu üzrə “Cəbr və riyazi məntiq” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Aydın Şahbazov məruzə etdi. Aydın Şahbazov kompaktda təyin olunmuş funksiyalar cəbrində endomorfizmlərin, eləcə də çəkili endomorfizmlərin müntəzəm normaya görə bəzi spektral xassələrinin 70-ci illərdən konkret müntəzəm cəbrlərdə fəal surətlə araşdırıldığını qeyd etdi. Məruzdə müntəzəm cəbrləri əhatə edən, həm də çəkili tip endomorfizmlərin ümumi şəkildə […]

E L A N

23.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Cəbr və riyazi məntiq” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Aydın İsrafil oğlu Şahbazov “Funksiyalar cəbrinin morfizmlərinin spektral xassələri” mövzusunda məruzə edəcəkdir. Kompaktda təyin olunmuş funksiyalar cəbrində endomorfizmlərin, eləcə də çəkili endomorfizmlərin müntəzəm normaya görə bəzi spektral xassələri (xüsusulə  də kompaktlığı və kompakt olan halda spektrləri) əsasən keçən əsrin 70-ci illərindən […]