Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Professor Misir Mərdanov DSX Xüsusi Məktəbinin qonağı olub

2024-cü il 11 mart tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin qonağı olub. Pedoqoji heyətlə görüşündə professor ölkəmizdə müəllim adını hər zaman uca tutan, hərtərəfli dünyagörüşünə sahib olan Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafında müstəsna xidmətlərindən danışıb. Xüsusi Məktəbin […]

Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində sənədlərin imzalanma mərasimi olub

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan–Qazaxıstan sənədlərinin imzalanma mərasimi olub. Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev ilə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə iclasında 27 mart 2024-cü il tarixli saat 11:30-da Elvin Səxavət oğlu Rzayevin “Bəzi operator-diferensial tənliklərin həll olunma məsələləri və spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə Fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt […]

Bu ölkədə süni intellekt sisteminə qadağa qoyulur

Son zamanlar dünyada geniş vüsət alan süni intellekt alət və modellərinin çoxu eyni funksiyaya sahib olduğu üçün bir-birindən fərqlənmir. Məhz bu səbəbdən Hindistan hökuməti tərəfindən icazəsiz süni intellekt modellərinin hazırlanması qadağan olunub. Belə ki, hökumət süni intellekt modellərinin tətbiqi üçün yeni tənzimləmə tərtib edib. Artıq şirkətlər süni intellekt modellərini təqdim etməzdən əvvəl hökumətdən icazə almalıdırlar. […]

Yel çərşənbəsi – Novruzun üçüncü çərşənbəsidi

Bu gün Novruzun müjdəçiləri olan dörd çərşənbədən üçüncüsü – Yel çərşənbəsidir. Od və Su çərşənbələrindən sonra gələn Yel çərşənbəsi xalq arasında “külək oyadan çərşənbə”, “küləkli çərşənbə” kimi də tanınır. Od və su ilə birlikdə yel də mənəvi-ruhi başlanğıc hesab edilir. Əski inanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında […]

Günəşdə ikinci güclü partlayış baş verdi

Günəş iki gün ərzində ikinci güclü M sinifli alışma yaşayıb. Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (FSBI IPG) məlumat verilib. “Martın 10-da Moskva vaxtı ilə saat 15:13-də 3599 (S13W38) günəş ləkələri qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən M7.4 alışması aşkar edilib”, – məlumatda deyilir. Qeyd olunur ki, son 24 saat ərzində Günəş rentgen şüalarının […]

Faydalı linklər