Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 30 sentyabr 2021-ci il tarixli iclasında saat 1400-da Səadət Bayram qızı Heydərovanın “Hilbert fəzasında üçtərtibli operator əmsallı tənliklər üçün sonlu oblastda bəzi sərhəd məsələlərinin həll olunması” mövzusunda 1202.01- Analiz və funksional […]

27 sentyabr Anım Günü Vətən müharibəsi şəhidlərinin ailələri AMEA Riyaziyyat və Mexanika İnstitutun rəhbərliyi tərəfindən ziyarət olunub

2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, “Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 32-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağda aparılan quruculuq işlərinə dair xülasə yer alıb. Nəşrin növbəti səhifələrində yeni çap olunan “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabı, “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda […]

Böyük zəfərin başlandığı gün

Ölkəmizin şanlı tarixində silinməz izlər buraxan 27 sentyabr təqvimlərdə bu günü ədəbi olaraq müqəddəsləşdirdi. Bu tarix 28 ildir torpaqlarımızı işğal altında saxlayan Ermənistan Silahı Qüvvələrinin darmadağın edilməsi ilə şanlı qələbəmizin əsasını qoydu. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən geri çəkilməyə məcbur olmuş, işğal etdiyi torpaqları böyük itkilər hesabına boşaltmışdır. Şanlı Azərbaycan əsgərləri azad […]

Azərbaycanda Anım Günüdür

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlər keçiriləcək. Təşkilat Komitəsindən verilən məlumata […]

ELAN

27 sentyabr Anım Günü saat 1100-da Riyaziyyat və Mexanika İnstitutunda  Vətən Müharibəsi şəhidlərinin xatiəsinə hasr olunmuş tədbir keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər