Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanlı alimin monoqrafiyası “Springer”nəşriyyatında çapdan çıxıb

Bu günlərdə Azərbaycanda riyaziyyat və mexanika elminin inkişafında, onun dünya səviyyəsində tanınmasında böyük xidmətləri olan əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika–riyaziyyat elmləri doktoru, Akademik Məhəmməd Fərman oğlu Mehdiyevin “ Elastiki örtüklərin rəqsləri” adlı monoqrafiyası dünyanın nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən çap olunub. Müəllifin ingilis dilində yazdığı 212 səhifəlik […]

“Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda məruzə edib. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyaya baxılıb və onun Lp →Lq– məhdudluğu haqqında məlumat verilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

E L A N

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2018-ci ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə, 28 mart 2018-ci il tarixində saat 09:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institutun 6-cı mərtəbəsində əməkdaşların tibbi müayinəsi keçiriləcək. Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə […]

AMEA-nın iki institutunun alimləri birgə layihə reallaşdırırlar

AMEA Riyaziyyat və Mexanika İnstitutu Geologiya və Geofizika İnstitutu ilə birgə ölkənin mühüm sosial-iqtisadi, ictimai-mədəni məsələlərinin həllinə və onun müdafiə qüdrətinin artırılmasına yönəlmiş multidissiplinar elmi tədqiqat proqramları çərçivəsində tədqiqatlara başlayıb. Tədqiqatların əsas məqsədi respublikanın müxtəlif geoloji şəraitə malik rayonlarında yerləşən geofiziki stansiyaların məlumatlarının emal olunmasından ibarətdir. İlk olaraq radon qazının qatılığı, temperatur, rütubət və təzyiqin […]

“Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda  seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib.  Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edib. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib zəruri şərtin alınması, […]

“Riyaziyyatın bəzi müasir tətbiq sahələri” mövzusunda elmi məruzə dinlənilib

Martın 14-də keçirilən Rəyasət Heyətinin növbəti iclasında Riyaziyyat və Mexanika İnstitutunun Qeyri harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun “Riyaziyyatın bəzi müasir tətbiq sahələri” mövzusunda elmi məruzəsi dinlənilib. Natiq bildirib ki, müasir dövrdə kompüter elminin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artırır. Belə ki, kompüter elminin sürətli inkişafı təbiət və cəmiyyətin […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər