Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayında Böyük Qələbəmizi əks etdirən məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 38-ci nömrəsi işıq üzü görüb. “8 Noyabr Zəfər Günüdür” şüarı ilə işıq üzü görən qəzetdə Azərbaycanın Vətən müharibəsindəki Böyük Qələbəsini əks etdirən məqalələr, AMEA-da bu münasibətlə keçirilən tədbirlər, o cümlədən AMEA Rəyasət Heyətinin iclası, həmçinin Akademiyanın elmi müəssisə və təşkilatlarında baş tutan konfranslar, nəşrlər, elmi yeniliklər, […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

2021-ci il 5 noyabr tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü professor Misir Mərdanov çıxışında böyük fəxarət hissiylə qeyd edib ki,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar […]

Böyük Qələbənin simvolu olan Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə hər il 27 sentyabr Anım, 8 noyabr isə Zəfər bayramı günləri kimi qeyd ediləcək. Bu gün artıq bütün Azərbaycan xalqı, bütün türk dünyası Zəfər Günümüzü böyük coşqu, qürurla qarşılamaqdadır. Sentyabrın 27-dən başlayan və 2020-ci il noyabrın 10-da Rusiya Federasiyası Prezidenti Vladimir Putinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və […]

ELAN

17 noyabr 2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əli oğlu Əliyev “Kvadratik kompleks parametrli II tərtib elliptik diferensial operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə H Hilbert fəzasında ikinci tərtib elliprik diferensial-operator tənlik üçün kompleks parametr […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Noyabrın 5-də Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Arif Həşimov, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, Fuad Əliyev və Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl […]

Riyaziyyatçı alim “İlin peşəkar gənci” fəxri adına layiq görülüb

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, m.ü.f.d., dosent Gülnar Mirzəyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Gənc alimə 2021-ci il 5 noyabr tarixində AMEA-nın Azad Həmkarlar İttifaqınnın məclisində AHİK-in Fəxri diplomu, Döş nişanı və vəsiqəsi təqdim edilib. Qeyd edək ki, 2020-ci […]