Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Ümummilli Lider Heydər Əliyev – dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət

Bu gün xalqımız dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham […]

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev  və  “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Bulletin of Mathematical Sciences” (https://www.worldscientific.com/worldscinet/bms) (WoS, IF-1.485) Q1 yüksək  impakt faktorlu jurnalda dərc edilib. “Kalderon-Ziqmund operatorları və onların ümumiləşmiş çəkili Orlicz-Morrey fəzalarında kommutatorları” adlı məqalədə […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər. İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Tədbirdə müzakirəyə çıxarılan ilk məsələ Ümummilli […]

Faşizm üzərində qələbədən 78 il ötür

Bu gün faşizm üzərində qələbənin 78 ili tamam olur. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb. Qələbə Günü postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. İkinci Dünya müharibəsində faşizmə qarşı 600 mindən çox […]

ELAN

Hörmətli həmkarlar! RMİ-nun “Qeyri harmonik analiz” şöbəsinin böyük elmi işçisi, r.ü.f.d Hüseynli Əli Abbas oğlunun 10 may 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan seminar 17 may 2023-cü il tarixinə keçirilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

HEYDƏR ƏLİYEV xalqa həsr olunmuş ömür – Misir Mərdanov

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə kitab çapdan çıxdı.. Bu kitab xalqımızın böyük oğlu, xilaskarı və Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, milli siyasi sistemin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyevin qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrünə həsr edilir. Kitabda tariximizdə Heydər Əliyev erasını yaratmış Ulu öndərin fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası […]