Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

05.04.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edəcəkdir. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib […]

E L A N

04.04.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri r.f.d., dosent Səbinə Rahib qızı Sadıqova “Çəkili Smirnov siniflərində Riman-Hilbert məsələsinin həll olunanlığı haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunur. Çəkili Smirnov siniflərində analitik funksiyalar nəzəriyyəsinin Riman-Hilbert sərhəd […]

“Silindrik torun hərəkəti” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” şöbəsinin seminarı keçirilib. Seminarda f-r.e.d., prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda məruzə edib. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınmışdır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilmişdir. Silindrin ox istiqamətində […]

” Bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqral və onun kommutatorunun Orliç fəzasında məhdudluğu” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqral və onun kommutatorunun Orliç fəzasında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqralı və onun kommutatorunun Orliç fəzasında məhdudluğu […]

E L A N

04.04.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Bayramov Azad Məmməd oğlu “Operator əmsallı ikinci tərtib diferensial tənlik və anti-periodik sərhəd şərtlərlə təyin olunan operatorun birinci və ikinci iz düsturları” mövzusunda çıxış edəcəkdir. Məruzədə baxılan operatorun spektrinin diskretliyi göstərilir, uyğun requlyarizə edilmiş birinci və ikinci izləri hesablanır. Arzu edənlər […]

E L A N

30.03.2018-сi il tarixində saat 12.00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda çıxış edəcəkdir. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilib. Silindrin ox […]

Faydalı linklər