Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün mexanika sahəsində tanınmış alim Yusif Əmənzadənin anım günüdür

Tanınmış alim Əmənzadə Yusif Əmən oğlu 1914-cü il­ fevralın 18-də Bakı şəhərində anadan olmuş­dur. Azərbay­can Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakül­təsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində nəzəri mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. Riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cəsini (1959), professor elmi adını (1961) […]

8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Qadınlar bayramı Azərbaycanda geniş qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.   Bu gün  Azərbaycan qadınları həyatımızın bütün sahələrində, istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahələrində uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının təsdiqidir. Qadınlar elm sahəsində aktiv iştirak edir, çalışdıqları […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitunun ED.104 dissertasiya şurasının 04 mart 2022-ci il tarixli (saat 13.00) iclasında Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrasının dosenti, f.-r. e. n. Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr-inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü yer alıb. Bundan əlavə, “Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsinə dair Nazirlər Kabinetinin sərəncamı, AMEA Rəyasət Heyəti adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın […]

Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Mirəhməd oğlu Mirsəlimov 81 yaşında vəfat etmişdir

O, yeganə azərbaycanlı alim idi ki, sağlığında NASA ilə işləməyə dəvət almışdı. Uzun illər Azərbaycan Texniki Universitetinin Mexanika kafedrasının müdiri vəzifəsində çalışmış Vaqif Mirsəlimov 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran  növbəti məsələ İnstitutun magistrantlarının attestasiyası ilə bağlı olub. Professor Misir Mərdanov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib.  Dövlətimizin başçısının Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq […]

Faydalı linklər