Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Operator əmsallı ikinci tərtib diferensial tənlik və anti-periodik sərhəd şərtlərlə təyin olunan operatorun birinci və ikinci iz düsturları” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutun  “Diferensial tənliklər” şöbəsinin  “Operator əmsallı ikinci tərtib diferensial tənlik və anti-periodik sərhəd şərtlərlə təyin olunan operatorun birinci və ikinci iz düsturları” mövzusunda seminarı keçirilib. Seminarda şöbənin doktorantı Bayramov Azad Məmməd oğlu “Operator əmsallı ikinci tərtib diferensial tənlik və anti-periodik sərhəd şərtlərlə təyin olunan operatorun birinci və ikinci iz […]

Dissertasiya şurasının iclası keçiriləcək

06 aprel 2018-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Aysel Beybala qızı İmanovanın “Orta ossilyasiya terminlərində Koşi tipli inteqralin sərhəd qiymətlərinin tədqiqi” 1202.01–Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim […]

“Çəkili Smirnov siniflərində Riman-Hilbert məsələsinin həll olunanlığı haqqında”  mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri r.f.d., dosent Səbinə Rahib qızı Sadıqova “Çəkili Smirnov siniflərində Riman-Hilbert məsələsinin həll olunanlığı haqqında” mövzusunda məruzə edib. Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunub. Çəkili Smirnov siniflərində analitik funksiyalar nəzəriyyəsinin […]

Həsən bəy (Məlikov) Zərdabinin məktəb və universitet təhsili haqqında nə bilirsiniz?

Həsən bəy Zərdabi 1842-ci ildə Şamaxı quberniyasının Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Babası Rəhim bəy və atası Səlim bəy də öz dövrünün maarifpərvər adamlarından olmuş, Göyçay qəzasında mesenatlıqla məşğul olaraq elmə, maarifə, incəsənətə himayəçilik etmişlər. Həsən bəy atasının öz evində qurduğu məclislərdə elmi söhbətləri, mübahisələri dinləmiş, oxunan kitablara böyük həvəslə qulaq asmışdır. İlk təhsilini […]

E L A N

04.04.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri r.f.d., dosent Səbinə Rahib qızı Sadıqova “Çəkili Smirnov siniflərində Riman-Hilbert məsələsinin həll olunanlığı haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunur. Çəkili Smirnov siniflərində analitik funksiyalar nəzəriyyəsinin Riman-Hilbert sərhəd […]

“Silindrik torun hərəkəti” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” şöbəsinin seminarı keçirilib. Seminarda f-r.e.d., prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda məruzə edib. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınmışdır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilmişdir. Silindrin ox istiqamətində […]

Faydalı linklər