Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Əvvəlcə Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş AMEA üzvlərinə yubiley medalları təqdim olunub. Həmçinin 27 Mart – Elm Günü münasibətilə […]

AMEA-nın “Elm” qəzetində 15 mart 2024-cü il tarixində dərc edilmiş elana əsasən aşağıda göstərilən ərizələr daxil olmuşdur

AMEA-nın “Elm” qəzetində 15 mart 2024-cü il tarixində dərc edilmiş elana əsasən daxil olan ərizələr: © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Gözdən əlillər üçün süni intellektli bələdçi

Çinin Şimal-Qərb Politexnik Universitetinin alimləri süni intellekt dil modelindən istifadə edərək görmə qabiliyyəti məhdud olan insanlar üçün bələdçi it hazırlayıblar. Elm adamları bu itin naviqasiya və yoldaşlıq üçün çox yaxşı vasitə olduğunu hesab edirlər. Tədqiqatçılar AI bələdçi itin hətta əvvəlki elektron naviqasiya vasitələrindən üstün olduğunu söyləyirlər. Xüsusi tapşırıqlar üçün proqramlaşdırılmış digər alətlərdən fərqli olaraq, bu […]

Riyaziyyat və Mexanika İnstitutu ilə Mingəçevir Dövlət Universiteti arasında birgə fəaliyyət planı imzalanıb

01 aprel 2024-cü il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki qurumun rəhbər və müvafiq əməkdaşları iştirak ediblər. Əvvəlcə İnstitutun baş direktoru professor Misir Mərdanov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətləri, […]

VIII qrant müsabiqəsinə sənəd qəbulu başa çatır

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Layihə sənədlərinin qəbulu grants.edu.az saytı üzərindən həyata keçirilir. Qrant müsabiqəsi barədə ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür. edu.gov.az

“Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazovu 75 yaş münasibətilə təbrik edirik!

Elşad Hətəm oğlu Eyvazov 01 aprel 1949-cu ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olub. 1966-cı ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) “Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.1974-cü ildə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş […]

Faydalı linklər