15/03/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutu Geologiya və Geofizika İnstitutu ilə birgə ölkənin mühüm sosial-iqtisadi, ictimai-mədəni məsələlərinin həllinə və onun müdafiə qüdrətinin artırılmasına yönəlmiş multidissiplinar elmi tədqiqat proqramları çərçivəsində tədqiqatlara başlayıb. Tədqiqatların əsas məqsədi respublikanın müxtəlif geoloji şəraitə malik rayonlarında yerləşən geofiziki stansiyaların məlumatlarının emal olunmasından ibarətdir. İlk olaraq radon qazının qatılığı, temperatur, rütubət və təzyiqin […]
Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edib. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib zəruri şərtin alınması, […]
15/03/2018
Martın 14-də keçirilən Rəyasət Heyətinin növbəti iclasında Riyaziyyat və Mexanika İnstitutunun Qeyri harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun “Riyaziyyatın bəzi müasir tətbiq sahələri” mövzusunda elmi məruzəsi dinlənilib. Natiq bildirib ki, müasir dövrdə kompüter elminin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artırır. Belə ki, kompüter elminin sürətli inkişafı təbiət və cəmiyyətin […]
16.03.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyaya baxılacaq və onun Lp →Lq – məhdudluğu haqqında məlumat veriləcəkdir. © […]
14/03/2018
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək. Rəyasət Heyətinin 14 mart tarixli iclasında akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014 və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda məruzə edib. Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu […]