14/03/2018
Məmməd Qarayev 1887-ci ildə Qazax mahalının Salahlı kəndində yoxsul ailədə anadan olmuşdur. O, lap kiçik yaşlarında valideynlərini itirmiş, kasıbçılığın hər üzünü görmüşdür. Müəllimi Əhməd ağa Mustafayev kiçik Məmmədi öz himayəsinə götürmüş və oxutmuşdur. Firidun bəy Köçərli Məmməd Qarayev barədə yazırdı ki, Qarayev seminariyada özünün nümunəvi əxlaqı ilə seçilir, gözəl oxuyur və hamının sevimlisi hesab olunurdu. […]
13/03/2018
16 mart 2018-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Musa Səməd oğlu Alməmmədovun “Çoxparametrli məsələlərin spektrinin quruluşu və cüttərtibli diferensial operatorların izlərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim […]
14.03.2018 – ci il saat 10:00-da Ümuminstitut seminarında Sürüncəklik nəzəriyyəsi şöbəsinin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu təklif edilir. Üsul […]
12/03/2018
Sübhanverdixanov Abdulla bəy Vəli oğlu 1883-cü ildə yanvarın 1-də Qazax qəzasının Hüseynbəyli kəndində doğulmuşdur. Qori Müəllimlər Seminariyasını bitirmiş, Bakı Dövlət Universitetinin tarix fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Bir müddət Acarıstanda, 1904-cü ildən isə Bakıda müəllimlik etmiş, “Nəşri-maarif” və “Nicat” xeyriyyə cəmiyyətlərində yaxından fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cumhuriyyəti dövründə Daxili İşlər Nazirliyində tərcüməçi işləmiş, qeyri-türk məmurların […]
12/03/2018
Cənub-Şərqi Asiyada, Malay yarımadasında yeni danışıq dili aşkarlanıb. korrespondent.net saytı xəbər verir ki, İsveçdəki Lund Universitetinin alimləri tərəfindən aşkarlanan bu dilə “Jedek” adı verilib. “Jedek” Avstraliya dil ailəsinə aiddir və onu Malayziyanın şimal yarımadasında yaşayan 280 nəfər işlədir. Hazırda dünyada təxminən 6 min dildən istifadə edilir. Dünya əhalisinin təxminən 80 faizi ən geniş yayılmış dillərdə, […]
12/03/2018
Fizika, kimya, fizika və ya tibb, ədəbiyyat, sülh, iqtisadiyyat sahələri üzrə ən çox Nobel mükafatı alan 10 universitetin siyahısı dərc olunub. Onlar aşağıdakılardır: 1. Kolumbiya Universiteti (96) 2. Kembric Universiteti (88) 3. Çikaqo Universiteti (87) 4. Massaçuets Texnologiya İnstitutu (77) 5. Harvard Universiteti (76) 6. Heydelberq Universiteti (54) 7. Stenford Universiteti (54) 8. Oksford Universiteti […]