Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına daxil olan yeni jurnalların siyahısı

1.РЖ.Математика.Сводный том..-2015- № 3
2.Дифференциальные уравнения.-2015-т.51.№ 2
3.Доклады РАН-2015-т.460 № 6
4 .Математический  сборник -2015- т.206 № 3
5.Сибирский математический журнал-2015 т.56 № 1
6.Известия РАН.Механика твердого тела.- 2015- № 1

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

10.04.2015 AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında institutun doktorantları Leyla Məmmədova “Əmsalı ümumiləşmiş funksiya olan kvadratik Şturm-Liuvill operatorlar dəstəsi üçün düz və tərs məsələlər” mövzusunda, Orxan Əliyev isə “Elliptik və parabolik tənliklərin həllərinin çəkili fəzalarda aradan qaldırıla bilən çoxluqları” mövzusunda “Diferensial tənliklər” ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər.
Hər iki iş Dissertasiya Şurası tərəfindən müsbət qiymətləndirilib.

E L A N

10 aprel 2015-ci il tarixində saat 1400-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının iclasında Leyla İbrahim qızı Məmmədovanın “Əmsalı ümumiləşmiş funksiya olan kvadratik Şturm-Liuvill operatorlar dəstəsi üçün düz və tərs məsələlər” mövzusunda və Orxan Soltan oğlu Əliyevin “Elliptik və parabolik tənliklərin həllərinin çəkili fəzalarda aradan qaldırıla bilən çoxluqları” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyalarının müdafiələri AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında keçiriləcək.

“Operator differensial tənliklərin həll olunması və bəzi spektral məsələlər” mövzusunda Ümuminstitut seminarı keçirilib

Aprelin 8-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Operator differensial tənliklərin həll olunması və bəzi spektral məsələlər” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarında institutun “Funksional analiz” şöbəsinin əməkdaşı f.-r.e.d., prof. Sabir Mirzəyev məruzə edib.
Məruzədə operator differensial tənliklər üçün sərhəd məsələlərin həll olunmasından və onlara uyğun olan operator dəstələrinin bəzi spektral xassələrindən danışılıb.

Diferensial tənliklər şöbəsinin müdiri, professor Əkbər Əliyev Moskva Dövlət Universitetində elmi ezamiyyətdə olmuşdur

Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev 28 mart – 01 aprel 2015 ci il tarixlərində Moskva şəhərində Moskva Dövlət Universitetində elmi ezamiyyətdə olmuşdur. 30 mart  2015-ci ildə  Moskva Dövlət Universitetin Hesablama Riyaziyyatı və Kibernetika fakültəsində akademik  E.İ.Moiseyevin və prof. İ.S.Lomovun rəhbərlik etdiyi “Diferensial operatorların spektral nəzəriyyəsi və riyazi fizikanın aktual problemləri” adlı seminarda “Yarımxətti Kleyn-Qordon sistemi üçün qlobal həllərin varlığı” adlı məruzə ilə çıxış etmişdir.

E L A N

08.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin əməkdaşı f.-r.e.d., prof. Sabir Soltanağa oğlu Mirzəyev  “Operator differensial tənliklərin həll olunması və bəzi spektral məsələlər” mövzusunda məruzə edəcəkdir.

Məruzədə operator differensial tənliklər üçün sərhəd məsələlərin həll olunmasından və onlara uyğun olan operator dəstələrinin bəzi spektral xassələrindən danışılacaq.