AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda BDU-nun “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının professoru Hamlet Quliyev “Əmsalın tapılması haqqında bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda çıxış edib. Məruzədə hiperbolik tənlik üçün bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi, alınan məsələdə optimal idarəedicinin varlığı teoreminin isbat […]
16.03.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyaya baxılacaq və onun Lp →Lq – məhdudluğu haqqında məlumat veriləcəkdir. © […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda məruzə edib. Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu […]
15.03.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edəcəkdir. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib […]
14.03.2018 – ci il saat 10:00-da Ümuminstitut seminarında Sürüncəklik nəzəriyyəsi şöbəsinin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu təklif edilir. Üsul […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı növbəti seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hardi operatorunun Banax funksional fəzalarda kompaktlığı” mövzusunda məruzə edib. Məruzədə Hardi operatorunun kompaktlığı haqqında danışılıb. Bu operatorun kompaktlığı məsələsi bir sinif inteqral tənliklərin həllinin varlığının araşdırılmasında əhəmiyyətli rol oynayır. Digər […]